09.02.2016
Qəzalar
İki sərnişin qatarı toqquşdu, xəsarət alanlar var
Bu gün Bakı vaxtı ilə saat 10-da Almaniyanın cənub-şərqində yerləşən Bad-Ayblinq şəhərində iki sərnişin qatarı üz-üzə toqquşub.
Сars-az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanlar var.
Polisin məlumatına görə, toqquşma nəticəsində bir neçə vaqon relslərdən çıxaraq aşıb, xəsarət alanların sayı bildirilmir.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub.