Naməlum avtomobil qadını vurub

Naməlum avtomobil qadını vurub

Bakıda avtomobil piyadanı vurub. Сars-az “report”a istinadən xəbər verir ki, hadisə Moskva prospekti-69 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, naməlum avtomobil Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Zenfira Rütəmovanı vurub. Yaralı qadına xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top