04.11.2015
Qəzalar
Göygöldə qəza: yaralı var
Cars-az regiontv-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında Göygöl rayon sakini, 23 yaşlı Gülzalı Nəsirov idarə etdiyi "Lada Priora" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındaki maneəyə çırpılıb. Qəza zamanı Gülzalı Nəsirov ağır bədən xəsarətləri alıb və Gəncə Şəhər TTYX Travmatologiya şöbəsinə yerləşdirilib, həkimlər xəstənin vəziyyətini normal qiymətləndirirlər. Faktla bağlı Göygöl Rayon Polis şöbəsində araşdırma aparılır.