04.11.2015
Qəzalar
Usubov Bakıda ağır qəza törətdi
Paytaxtda polis baş serjantı idarəetməni itirərək qəza törədib. Cars-az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Gəncə prospektində baş verib. Post Patrul Xidməti Bölməsinin polis baş serjantı 1987-ci il təvəllüdlü Səfa Usubov xidmətə gələn vaxt idarə etdiyi Vaz-21014 markalı 90 MM 916 nömrəli avtomobilin idarəetməsini itirib. S.Usubov yolun kənarında dayanan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Rüstəm Məmmədova məxsus Mercedes markalı 99 FL 490 nömrəli avtomobilə vurub. Polis serjantı qəzada xəsarət alsa da xəstəxanaya müraciət etməyib.