02.03.2016
Qəzalar
Göygöldə avtomobil avtobusla toqquşub, ölən var
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi “MAN” markalı avtobus toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.İsgəndərov orada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.