04.11.2015
Qəzalar
Göyçayda yol qəzası: 1 ölü
Göyçay rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Rayon sakinləri Teymur Həsənovun idarə etdiyi “Mercedes” və Ağaisa İsmayılovun idarə etdiyi “VAZ-21043” markalı avtomobillər toqquşub. A.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb.