Göyçayda avtomobil yol ötürücüsünə çırpılıb, xəsarət alanlar var

Göyçayda avtomobil yol ötürücüsünə çırpılıb, xəsarət alanlar var

Göyçayda avtomobil yol ötürücüsünə çırpılıb, xəsarət alanlar var

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Сars-az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində sürətlə hərəkət edən “BMW” markalı minik avtomobili yolun ortasındakı dairəvi yol ötürücüsünə çırpılıb. Nəticədə Bakı şəhəri, Biləcəri qəsəbə sakini, 1954-cü il təvəllüdlü Yəhyazadə Xaliq Əli oğlu və Göyçay sakini, 2006-cı il təvəllüdlü Hüseynli Elmir Teymur oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top