22.03.2016
Qəzalar
Yük maşını tuneldə yandı
Türkiyənin Bolu vilayətində İstanbul və Ankara şəhərlərini bir-birinə bağlayan dağ tunelində yük maşını yanıb.
Сars-az trend-ə istinadən bildirir ki, Ankara istiqamətində gedən yük maşınının yanmasından sonra tuneldə hər iki istiqamətdə hərəkət dayandırılıb.
Hazırda yanğınsöndürənlər yanğının qarşısını alırlar.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.