12.11.2015
Qəzalar
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verdi
Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb. Hadisə yerində "Niva" markalı minik avtamobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 01:37-də başa çatıb.