Faciəvi qəza - 46 yaralı

Faciəvi qəza - 46 yaralı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhərlərarası iki sərnişin avtobusu İzmir-Aydın yollunda toqquşub. Toqquşma zamanı avtobuslardan biri magistral yoldan kənara aşıb. İlkin verilən məlumata görə, 36 nəfər yaralanıb. Qəzadan bir neçə dəqiqə sonra yaralıların sayı dəqiqləşib. Faciəvi qəza zamanı 46 nəfər ağır yaralanıb, bölgəyə yaxın xəstəxanalara yerləşdiriliblər. Ölənlərin sayı barədə dəqiq məlumat verilməyib.

Dostlarınla paylaş


Şərhlər


Top