04.11.2015
Qəzalar
“Mercedes” zərblə “VAZ-2106”a çırpılaraq yoldan çıxdı
Bu gün səhər saatlarında Xaçmaz rayonunda yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə anspress-in bölgə müxbirinin verdiyi məlumataq görə, hadisə Bakı prospektində qeydə alınıb. Bakı prospektilə Heydər Əliyev prospektinin kəsişməsində hərəkət edən “Mercedes” markalı avtomobil qəzaya uğrayıb. Maşın sürətlə hərəkət edərkən “VAZ-2106” markalı maşına dəyib. Zərbənin təsirindən “Mercedes” markalı maşın yolun kənarındakı maneəyə çıxpılıb. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. İki maşının sürücüləri isə yüngül xəsarətlə canlarını qurtara biliblər. Faktla bağlı araşdırma aparılır.