Dörd maşın toqquşdu – Yaralılar var

Dörd maşın toqquşdu – Yaralılar var

Yeni Dairəvi yolda zəncirvari qəza baş verib. DİN-dən Cars-az-a verilən məlumata görə, hadisə fevralın 28-də saat 16 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb. Yeni Dairəvi yolda Sumqayıt şəhər sakini Zaur Əliyevin idarə etdiyi “Mercedes”, Bakı şəhər sakinləri Bəhmən Hümbətovun idarə etdiyi “KamAZ”, Füzuli Qurbanovun idarə etdiyi “KamAZ” və Anar İsgəndərovun idarə etdyi “Changan” markalı avtomobillər toqquşub. A.İsgəndərov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top