Direktorun maşınını qaçırıb qəza törətdilər - TƏFƏRRÜAT

Direktorun maşınını qaçırıb qəza törətdilər - TƏFƏRRÜAT

Direktorun maşınını qaçırıb qəza törətdilər - TƏFƏRRÜAT

Neft Bazasının direktorunun qəza törətməsi xəbəri ilə bağlı bəzi məqamlar aydınlanıb. Dünən saat 19:00 radələrində Ucar rayonunun dörd yol deyilən ərazisində zəncirvari yol qəzası baş verib. Altı avtomobilin toqquşduğu qəzaya Ucar Neft Bazasının direktoru Təyyar Məmmədova məxsus "99 AA 225" dövlət nömrə nişanlı "Toyota Corolla" avtomobilinin yüksək sürətlə idarə olunması səbəb kimi göstərilirdi.

Cars-az xəbər verir ki, bu barədə milli.az-ın əldə etdiyi məlumata görə, qəzanın səbəbkarı Təyyar Məmmədov olmayıb. O, avtomobilini avtoyuma məntəqəsinə qoyub. Famil adlı avtoyuyucu maşını qaçıraraq sürətlə idarə edib. Rayon ərazisində 5 maşınla toquşub. İlkin məlumata görə, Famil qəza törədərkən sərxoş olub.

Dostlarınla paylaş


Şərhlər


Top