04.11.2015
Qəzalar
Ağadadaş Ağayevin qohumu yol qəzasında öldü
Xalq artisti Ağadadaş Ağayevə ağır itki üz verib. Müğənninin bacısının həyat yoldaşı Üzeyir Məmmədov avtomobil qəzasında dünyasını dəyişib. Hazırda Türkiyədə olduğunu deyən Ağadadaş Ağayev "Report"a açıqlamasında xəbəri təsdiqləyib: "Belə bir hadisə olub. Amma detalları barədə heç nə deyə bilmərəm, çünki mənim də ətraflı məlumatım yoxdur. İndi heç bir suala cavab verə bilmərəm".