04.11.2015
Qəzalar
Rusiyada ağır qəza, 14 ölü var
Rusiyada ağır yol qəzası baş verib. Anspress-in məlumatına görə, qəza 7 nəfərin ölümü ilə nəticələnib. Belə ki, "Lada Granta" və "Toyota Mark II" markalı maşınlar Omsk vilayətində bir-birinə çırpılıblar. Qəza gecə saat 03 radələrində Tümen -Omsk yolunun 494-cü km-də qeydə alınıb. Maşınlarda olan 7 nəfər hadisə yerindəcə keçinib. Daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Hələlik ölən və yaralananın kimliyi açıqlanmayıb.
***
Sərnişin avtobusu və KAMAZ-ın toqquşması nəticəsində 14 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Qəzanın baş vermə şəraiti araşdırılır.