04.11.2015
Qəzalar
Danalar xanım aparıcını qəzaya saldı -Fotolar
Xəzər TV-nin aparıcısı Leyla Mustafayeva qəzaya düşüb. Cars-az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda aparıcının özü sosial şəbəkədə məlumat paylaşıb. O, qəzanın Oğuz-Qəbələ yolunda baş verdiyini bildirib. Leyla Mustafayeva avtomobilinin fotolarını paylaşaraq “Oğuz-Qəbələ yolunda yol polisini gözləyirik. Döyüşən danalar qəfil özlərini yola atdılar. Bu da nəticə…” şərhini yazıb.