Piyadanı maşın vurub öldürdü

Piyadanı maşın vurub öldürdü

Ağstafada 77 yaşlı piyada yol qəzasında dünyasını dəyişib. Cars-az kəpəztv-yə istinadən bildirir ki, Bakı-Qazax yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Qazax rayon sakini, 77 yaşlı Səyalı Kərimovanı yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil vurub. Yaralı Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb, həkimlərin müdaxiləsinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top