26.01.2016
Qəzalar
Boliviyada avtobus uçuruma düşdü: 9 ölü
Boliviyanın qərb bölgəsində Peru musiqiçilərini daşıyan avtobus uçuruma düşüb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb. 100 metrlik uçuruma yuvarlanan avtobusda 13 musiqiçi olub. Onlardan 4-u ağır bədən xəsarətləri ilə paytaxt La-Pasdakı xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə, qəzaya pis hava şəraiti səbəb olub.