04.11.2015
Qəzalar
Bir gündə 7 qəza- 5 ölü
Martın 9-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 50 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılıb. Cars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli bir fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 15 nəfər tutulub.
Fidan