04.11.2015
Qəzalar
Avtomobili aşıran sürücü öldü
Bakının Nəsimi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə teleqraf -a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonunun H.Ələsgərov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Ramil Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.