04.11.2015
Qəzalar
Binəqədidə avtobus qəzası: yaralı sürücü qaçdı
Qəza Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində qeydə alınıb. Hələlik kimliyi məlum olmayan "117" saylı marşrut avtobusunun sürücüsü qəfil idarəetməni itirib və "İsuzu" markalı nəqliyyat vasitəsini yol kənarındakı ağaclığa çırpıb. Qəza nəticəsində sürücü avtobusun alın şüşəsindən bayıra düşüb. Yaralanan sürücüyə ətrafdakılar yardım göstəriblər. Daha sonra o, yenidən avtobusun sükanı arxasına keçərək yaralı vəziyyətdə naməlum istiqamətə gedib.
Xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
APA TV