04.11.2015
Qəzalar
Bayramda yollar qana bulandı; qaranlıqda 7 nəfər ölüb
Azərbaycanda 4 qeyri iş günündə 35 yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzalarda 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb. Verilən məlumat görə, martın 20, 21, 22 və 23-də baş verən 35 qəzanın 20-si paytaxtda qeydə alınıb. Paytaxtda baş verən qəzalar zamanı 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb. Son üç gündə baş verən hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxtın payına düşüb. Belə ki, 8 hadisədən 6-sı Bakıda baş verib. Ölüm hallarının hamısı bu faktlarla bağlıdır. Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında baş verib. Belə ki, sutkanın qaranlıq vaxtı yol qəzaları zamanı 7 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
anspress