04.11.2015
Qəzalar
Avtobus qəzasında 11 nəfər həlak olub
Venesuelanın şimalında avtobusun yarğana aşması nəticəsində ən azı 11 nəfər həlak olub, 36 nəfər yaralanıb. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Avtobus Ansoateqi ştatının Puerto-la-Krus şəhərindən Araqua ştatının paytaxtı Marakay şəhərinə gedirmiş.