04.11.2015
Qəzalar
Yeni salınmış körpüdə qəza
Türkiyənin Kocali vilayətində ölkənin ən böyük prestij layihələrindən biri olan İzmit Körfəz Körpüsünün kanatlarından biri qoparaq dənizə düşüb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, körpünün tikilişi hazırda da davam edir. Qəza zamanı körpüdə heç kim olmadığı üçün insan itkisi olmayıb. Faktla bağlı hələlik rəsmilər heç bir açıqlama verməyib. Qəza ilə əlaqədar körpünün altından gəmilarin keçidinə də icazə verilmir. İzmit Körfəz Körpüsü başa çatdıqdan sonra İstanbul-İzmir arasındakı məsafəni avtomobillə 3 saata qət etmək mümkün olacaq.