04.11.2015
Qəzalar
Balakəndə traktorla avtomobil toqquşub, ölən və yaralanan var
Balakəndə avtomobil ilə traktorun toqquşması nəticəsində bir nəfər ölüb. Cars-az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Balakən rayonunun Katex kəndində rayon sakinləri Anar Davudovun idarə etdiyi "VAZ-21061" markalı avtomobil və Rəşad Duquşovun idarə etdiyi "MTZ-80" markalı traktor toqquşub.
Nəticədə A.Davudov və sərnişini Akif Yetimov xəstəxanaya yerləşdirilib. A.Yetimov avqustun 8-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.