Azərbaycanlı Rusiyada yol qəzasında həlak oldu

Azərbaycanlı Rusiyada yol qəzasında həlak oldu

Azərbaycanlı Rusiyada yol qəzasında həlak oldu

Ötən gün Rusiyada baş verən yol-nəqliyyat hadisəsi zamanı azərbaycanlı dünyasını dəyişib.

Cars-az "informpskov.ru" saytına istinadən xəbər verir ki, hadisə M-20 (Sankt-Peretburq-Nevel) avtomagistralının 424-cü kilometrliyində qeydə alınıb. Qəza zamanı Sankt-Peterburq nömrəsi ilə VAZ-2109, Moskva nömrələri ilə "Ford Fusion" və "Hyundai Starex" markalı avtomobillər toqquşub. VAZ-2109 markalı avtomobilin Azərbaycan vətəndaşı olan 43 yaşlı sürücüsü hadisə yerində ölüb.

Dostlarınla paylaş


Şərhlər


Top