02.04.2016
Qəzalar
“BakuBus”ın avtobusu qəzaya uğradı
Bakı şəhərinin Səbail rayonu ərazisində, Salyan şosesində, “Baku Cristal Hall”un yaxınlığında “BakuBus” MMC-nin 6 nömrəli marşrut avtobusu “Mercedes E200” markalı, 90 CZ 648 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Сars-az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.