01.04.2016
Qəzalar
Sürücü adam vurdu - Hadisə yerindən qaçdı
Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. Сars-az xəbər verir ki, rayonun Maştağa qəsəbəsində naməlum avtomobil yol kənarı ilə velosipedlə hərəkətdə olan 31 yaşlı Mahir Sadıqovu vurub. Sürücü qəzadan sonra hadisə yerindən qaçıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb, dərhal əməliyyat olunub. Həkimlər Mahir Sadıqovun vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Hadisə şahidlərinin sözlərinə görə, velosipedi vuran avtomobilin dövlət qeydiyyat nişanının son üç rəqəmi 353 olub. Hadisə barədə polisə məlumat verilib.
Araşdırmalara başlanılıb.