Bakıda yüksək sürətin acı nəticəsi

Bakıda yüksək sürətin acı nəticəsi

Bakıda yüksək sürət ağır qəzaya səbəb olub. Milli.Az xəbər verir ki, Nobel prospektində sürətlə hərəkət edən "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, sürət həddi saatda 60 kilometr olan yolda "Hyundai" idarəetmədən çıxıb, əvvəl yol kənarındakı işiq dirəyinə girib, sonra isə aşıb.

Sürücü ağır vəziyyətdə maşından çıxarılaraq təcili yardım maşınıyla xəstəxanaya aparılıb. Maşın yol kənarındakı dəmir arakəsmələri dağıdıb.

Qəzadan sonra diqqət çəkən anlardan biri isə qəza baş verən əraziyə gələn süpürgəçilərin hərəkəti olub. Bir neçə qadın süpürgəçi ölümcül vəziyyətdə olan sürücünün yerlə bir olmuş əşyalarını toplayaraq maşına qoyub.

Dostlarınla paylaş


Şərhlər


Top