Avtomobil qayaya çırpıldı: bir ailənin dörd üzvü yaralandı

Avtomobil qayaya çırpıldı: bir ailənin dörd üzvü yaralandı

Avtomobil qayaya çırpıldı: bir ailənin dörd üzvü yaralandı

Gəncə-Daşkəsən yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Səfiyar Hənifəyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında olan qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Səadət Hənifəyeva və onların övladları, 9 yaşlı Babək və 5 yaşlı Nübar müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların 3-nün vəziyyətini orta ağır qiymətləndirilər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top