Bakıda qəza: 2 yaralı

Bakıda qəza: 2 yaralı

Bakının Xətai rayonunun ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Cars-az xəbər verir ki, “Hyundai” markalı və Bakı şəhər sakini Fəqan Nəcəflinin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

“Hyundai” markalı avtomobilin sərnişini Elşən Qasımov, habelə hadisə yerinin yaxınlığında olan 30-35 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top