Bakıda piyada vuruldu

Bakıda piyada vuruldu

Mayın 25-də Yasamal rayonunda Şərifzadə küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cars-az oxu.az-a istinadən xəbər verir ki, metronun “İnşaatçılar” stansiyası yaxınlığında yolu keçən piyada qarşıdan gələn avtomobilin altında qalır.

Qeyd edək ki, həmin ərazidə bir müddət əvvəl təmirdən çıxmış müasir piyada keçidi var. Lakin təəssüf ki, piyadalarımız yollarını qısa etməyə çalışaraq, piyada keçidinə düşmür və beləliklə də, həyatlarını təhlükəyə atırlar.

Dostlarınla paylaş


Şərhlər


Top