11.02.2016
Qəzalar
Bakıda müəmmalı yol qəzası
Binəqədi rayonu ərazisində, Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib. Сars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 10-da saat 20 radələrində Binəqədi rayonu Azadlıq prospektində naməlum markalı taksi avtomobili ilə digər naməlum markalı avtomobilin toqquşması nəticəsində taksidə olan sərnişin, Bakı şəhər sakini Sayad Salmanova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Fidan