Bakıda iki maşın toqquşub

Bakıda iki maşın toqquşub

Sürücü yol nişanının tələbini pozdu və qəza qaçılmaz oldu. Nəsimi rayonunda yol qəzası baş verib. Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü Əsəd Musayev Xan Şuşinski küçəsi ilə hərəkətdə olarkən "Gözlə" nişanının tələbini pozaraq hərəkəti davam etdirib. Nəticədə Oqtay Əzizovun idarə etdiyi digər "Mercedes"in yoluna çıxıb və toqquşma baş verib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top