12.02.2016
Qəzalar
Bakıda ağır qəza: yaralı var
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Сars-az lent.az-a istinadən bildirir ki, hadisə Bakı-Xocasən yolunun 4-cü kilometrliyində baş verib. 1985-ci il təvəllüdlü Nağıyev Balahacı Rafiq oğlunun sürdüyü "VAZ 2107" idarəetmədən çıxaraq metal çəpərə çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.