Bakıda 4 avtomobil toqquşdu

Bakıda 4 avtomobil toqquşdu

Mayın 28-də Bakıda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “Seyid market”in qarşısında 2 “VAZ”, “Mercedes E Class” və “Opel” markalı 4 avtomobil toqquşub. Nəticədə “VAZ 2110” markalı avtomobildə olan 2 nəfər xəsarət alıb. Qəza nəticəsində ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top