Azərbaycanda mikroavtobus aşdı

Azərbaycanda mikroavtobus aşdı

Bu gün Şəkidə ağır yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, Bərdə-Şəki marşrutu ilə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində mikroavtobusun içərisindəki sərnişinlərdən bir neçə nəfər yaralanıb. İlkin ehtimala görə, yaralıların sayə 7 nəfərdir.

Müxtəlif bədən xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisənin hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top