04.11.2015
Qəzalar
Sumqayıtda marşrut avtobusu qəzaya düşüb, yaralananlar var
Sumqayıt şəhərində marşrut avtobusu qəzaya düşüb. Cars-az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Tağıyev qəsəbəsində qeydə alınıb. "Otoyol" markalı marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb.
Hazırda hadisə yerində araşdırma aparılır.