Bakı-Quba yolunda qəza: "Mersedes" "VAZ"la toqquşdu

Bakı-Quba yolunda qəza: "Mersedes" "VAZ"la toqquşdu

Bakı-Quba yolunda qəza: "Mersedes" "VAZ"la toqquşdu

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az atv.az-a istinadən xəbər verir ki, qəza magistralın 128-ci kilometrliyində, Şabran rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 37 yaşlı Vəliyev Kənan Əlioğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan VAZ 2106 markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ 2106-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top