04.11.2015
Qəzalar
Bakıda baş verən qəzada bir nəfər öldü
Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Veyis Orucov idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobillə 1974-cü il təvəllüdlü Əzalət Daşdamirovu vurub.
Əzalət Daşdamirov aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.