20.11.2015
Qəzalar
Bakı-Qazax yolunda qəza
Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az lent.az-a istinadən xəbər verir ki, yolun 516-cı kilometrliyində 1985-ci il təvəllüdlü Ramin Məmmədədovun idarə etdiyi "Mercedes" 1969-cu ildə anadan olmuş Etibar Məmmədovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.