Azərbaycanlı ailə Türkiyədə qəzaya düşdü

Azərbaycanlı ailə Türkiyədə qəzaya düşdü

Azərbaycanlı ailə Türkiyədə qəzaya düşdü

Azərbaycanlı ailə Türkiyədə ağır qəzaya uğrayıb. Cars-az anspress-ə istinadən xəbər verir ki, qəza Ərzurumun Pasinler rayonunda baş verib.

İlkin məlumata görə, qəza nəticəsində maşında olan 4 azərbaycanlıdan ikisi ölüb. İki nəfərin vəziyyəti isə ağırdır.

Ağrıdan Ərzuruma gedən 85 CS 573 dövlət nömrə nişanlı maşını Azərbaycan vətəndaşı olan Məmməd Əsgərov idarə edib. Epsemce əhəlləsində o idarəetməni itirib və yük maşınına çırpılıb.

Nəticədə sürücü və Aygün Vəliyeva adlı qadın dünyasını dəyişib. Elçin və Musa Vəliyevlər isə ağır yaralanblar. Onlar xəstəxananın reanimasiya bölməsinə çatdırılıblar.

Dostlarınla paylaş


Şərhlər


Top