04.11.2015
Qəzalar
Bakıda avtomobili yanmaqdan qurtardılar
Bakı şəhəri, Xətai rayonunda avtomobildə yanğın baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətində istinadən xəbər verir ki, vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtomobilinin arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan