26.11.2015
Qəzalar
Avtomobil məktəbliləri vurdu: 4 yaralı
Yaponiyanın Küsü adasında ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən bildirir ki, hadisə yerli vaxtla saat 07:30 radələrində Saqa prefekturasında qeydə alınıb.
46 yaşlı sürücü avtomobillə məktəbə gedən bir qrup şagirdi vurub. Nəticədə məktəblilərdən 4-ü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı cinayət işi açılıb, sürücünün saxlanıldığı bildirilir.