Duman yol qəzasına səbəb oldu: 2 yaralı

Duman yol qəzasına səbəb oldu: 2 yaralı

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cars-az "report"-a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunda qeydə alınıb.

İmişli şəhər, Kamal Qasımov küçəsi, 28-də yaşayan, 1986-cı il təvəllüdlü Sübhan İslam oğlu Canlarov idarə etdiyi "QAZ-24" markalı avtomobil ilə hərəkətdə ikən hava dumanlı olduğundan digər avtomobil onu arxadan vurub. Qəza nəticəsində "QAZ-24"ün sürücüsü və avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Yaşar Əjdər oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top