04.11.2015
Qəzalar
Avtobus dərəyə yuvarlandı: 14-ü ölü, 30 yaralı
Hindistanın şimalında yerləşən Cammu və Kəşmirdə avtobusun dərəyə yuvarlanması nəticəsində azı 14 nəfər ölüb, 30-dan çox sərnişin yaralanıb. Cars-az tass-a istinadən xəbər verir ki, bunu yerli polis idarəsi bildirib. İlkin məlumata əsasən, avtobus həddən çox yükləndiyindən, sürücü yolun mürəkkəb hissəsində idarəetməni itirib. Hadisə baş verən əraziyə - Udxampur dairəsinin Qxodri kəndi yaxınlığına çoxlu sayda xilasedici və həkim cəlb edilib. Yerli polisin təmsilçisi bildirib ki, sərnişinlərin çoxu əzilmiş avtobusda qaldığından, ölənlərin sayının artacağı istisna olunmur.