14.03.2016
Qəzalar
Atasının yanından qaçıb yola çıxan 7 yaşlı uşağı maşın vurub öldürdü
Dünən saat 17 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun 122-ci km-də Şabran şəhəri ərazisində 7 yaşlı piyada uşaq yol qəzasının qurbanı olub. Сars-az-ın anspress-ə istinadən məlumatına görə, Bakıdan Quba istiqamətinə gedən, Xaçmazın Cax-Caxlı kənd sakini, 51 yaşlı Şamil İsmayılovun idarə etdiyi VAZ 21043 markalı avtomobillə yolu keçən Şabran şəhər sakini, 7 yaşlı Rüstəm Mirzəyev vurulub. Uşaq dərhal keçinib. Hadisə yerini muayinə etmiş BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, uşaq hadisə vaxtı atası ilə birgə olub, qəfildən qaçıb yola çıxıb.
Qəzanın baş vermə səbəbi araşdırılır.