08.12.2015
Qəzalar
Asiya çempionu avtomobilində güllələndi
İranın Kirmanşah şəhərinin Səhnə şəhərində sərbəst güləş üzrə milli komandanın üzvü və Asiya çempionu olmuş Firidun Qənbəri güllələnərək öldürülüb.
Cars-az trend-ə istinadən xəbər verir ki, bu barədə İranın YJC xəbər saytı məlumat verib. Məlumata əsasən, naməlum şəxslər idmançının avtomobilinə atəş açıblar. F.Qənbəri 7 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda həlak olub.
Hadisənin təfərrüatı açıqlanmır. Faktla bağlı cinayət işi açılıb.