Ağdaşda ağır qəza: 2 ölü, 2 yaralı

Ağdaşda ağır qəza: 2 ölü, 2 yaralı

Ağdaş şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Şaiq Zinharovun idarə etdiyi “Mercedes” və Gəncə şəhər sakini Rəhman Əliyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə R.Əliyev və sərnişinləri Fəridə Zeynalova, Sabir Yusifzadə və qardaşı Hüseyn xəstəxanaya yerləşdirilib, R.Əliyev və Hüseyn orada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top