31.12.2015
Oxucu məktubları
Təcili yardım həkimini döydülər
Cəlilabadda çagırılan təcili yardım evə çatmamış xəstə dünyasını dəyişib. Xəstənin yaxınları isə həkimi döyüblər. Cəlilabadda çağırışa gedən təcili tibbi yardım işçiləri döyülüb. Rayonun Mirzə Ələkbər Sabir küçəsinə çağırılmış həkimlər ünvana çatdıqda ev sahibləri , həkim Ruslan Sadıqova yumruq zərbələri endirərək onu döyməyə başlayıblar. Həkimlərin sözlərinə görə ,onlar çağırış yerinə 3 dəqiqə ərzində çatıblar. Lakin ev sahibi xəstənin dünyasını dəyişidiyini əsas gətirərk onlara qarşı güc tətbiq edib.
Cəlilabadda baş verən digər hadisə zamanı bir qurup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr edniriblər.
Hər iki hadisə ilə bağlı Cəlilabad rayon polis şöbəsində araşdıma aparılır.